London "Arsenal"ının baş məşqçisi Mikel Arteta "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın onun karyerasındakı rolundan danışıb.
Fanat.Az xəbər verir ki, GQ onun dediklərini belə çatdırıb:
"Qvardiola həmişə mənim qayğıma qalıb. Ona biz tanış olduğumuz gündən bağlanmışam. Pep məni "Mançester Siti"yə onun üçün həyatımı da verməyə hazır olduğum üçün götürdü.
Mən "Arsenal"ın baş məşqçisi olmaq təklifi alanda işin öhdəsindən gələ bilməyəcəyimi, buna hazır olmadığımı düşünüb tərəddüd edir, "hə" deməyə qorxurdum. Mövsümün ortası idi, ilk dəfə baş məşqçi olacaqdım. Həmin vatx Qvardiola yanıma gəldi və dedi: "Sən hazırsan. Razılaşmasan, səni əzişdirəcəyəm".
Nihat