Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz portuqaliyalı hücumçusu Kriştianu Ronaldu artıq rekordlar arxasınca getmədiyini deyib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun dediklərini belə çatdırıb:
“Əslində, daha rekordlarla maraqlanmıram. Mən sadəcə olaraq “Əl-Nasr”dakı oyunumdan həzz alıram. Biz ən güclü və ən yaxşı komanda olmaq üçün çalışırıq”.
Qeyd edək ki, 38 yaşlı Kriştianu Ronaldu bu mövsüm “Əl-Nəsr”ın heyətində 13 oyun keçirib, 14 qol vurub, 7 məhsuldar ötürmə edib. "Qızıl top"un beşqat sahibi Səudiyyə Ərəbistanı çempionatının ən yaxşı bombardiridir.
Mirağa