Ötən axşam Fransa kubokunun 1/8 final mərhələsində PSJ "Brest"i 3:1 hesabı ilə məğlub edərək 1/4-ə adlayıb.
Fanat.Az "Opta Sport"-a istinadən xəbər verir ki, matçda hesabı 34-cü dəqiqədə açan parisli ulduz hücumçu Kilian Mbappe ilk reallaşdırıb.
Bu qol 25 yaşlı futbolçunun 2023/24 mövsümündə klub səviyyəsində vurduğu 30-cu qol olub. Beləliklə, Mbappe bu mövsüm dünyada 30 qol həddinə çatan ilk olub. Buna nail olmaq üçün Kiliana 29 oyun keçirmək lazım gəlib.
Qeyd edək ki, Mbappe Liqa1-də 20, ölkə kubokunda 6, Çempionlar Liqasında 3 və Fransa Superkubokunda 1 dəfə fərqlənib.