Niderlandlı Harri Lavreysen Parisdə keçirilən Yay Olimpiya Oyunlarında trek velosipedinin sprint növü üzrə yarışda yeni dünya rekordu müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, idmançı bunu təsnifat mərhələsində 9,088 saniyə nəticə göstərərək bacarıb.
Öncəki rekord avstraliyalı Mettyu Riçardsona məxsus idi - 9,091 saniyə.
Qeyd edək ki, açılış mərasimi iyulun 26-da keçirilən Paris-2024 avqustun 11-də yekunlaşacaq.
Nihat