"Intermarche Wanty Gobert" komandasının eritreyalı velosipedçisi Binyam Girmay pis sürprizlə üzləşib.
Fanat.Az xəbər verir ki, "2022 Giro D İtalia" turnirində 10-cu mərhələnin qalibi olan idmançı mükafatlandrıma mərasimində özünə xəsarət yetirib.
Belə ki, qələbəni bayram edən Binyam şampan açarkən mantar onun gözünə dəyib. Ciddi xəsarət alan velosipedçi dərhal xəstəxanaya aparılıb. O, aldığı xəsarət səbəbindən bu gün keçirilən XI mərhələdən kənarda qalıb.
Qeyd edək ki, Binyam Girmay "Giro D İtalia" yarışında qalib gələn ilk afrikalı idmançı kimi tarixə düşüb.
Nihat