
Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə XVI dünya çempionu Maqnus Karlseni məğlub edib.
Fanat.Az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, o, ünlü norveçlini Honkonqda keçirilən partiya rapid və blits üzrə komandalararası dünya çempionatında yenib.
Yekunda Azərbaycanın "Odlar Yurdu" komandası Maqnus Karlsenin çıxış etdiyi "WR Chess" üzərində qələbəyə sevinib - 3,5:2,5.
Qeyd edək ki, "WR Chess"in heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər mübarizə aparır. Heyəti əsasən gənc şahmatçılardan formalaşan "Odlar Yurdu" 15 xalla 8-ci pillədə qərarlaşıb.