
Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi, yeniyetmələr arasında dünya çempionu İlahə Qədimova Türkmənistanın paytaxtı Aşqabadda "ustad dərsi" keçib.
Fanat.Az xəbər verir ki, bu barədə AŞF-nin mətbuat xidməti məlumat yayıb.
"Ustad dərsi"ndə İ.Qədimova uşaqlara çempionluq təcrübəsindən danışıb, debüt hazırlığı və turnir psixologiyası mövzularında biliklərini bölüşüb.
O, belə layihələrin gələcək çempionların yetişməsində əhəmiyyətli rol oynadığını bildirib.