Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.
Fanat.Az xəbər verir ki, bu gün üçüncü mərhələ çərçivəsində tay-brek görüşləri keçirilir.
Klassik partiyaları hərəyə bir qələbə ilə başa vuran təmsilçimiz Şəhriyar Məmmədyarov və ermənistanlı Hayk Martirosyan cütün taleyinə sürətli şahmatda aydınlıq gətiriblər.
Burada ilk partiyanı ağ fiqurlarla uduzan qrossmeysterimiz "qaralar"la heç-heçə edib. Beləliklə, Məmmədyarov 4 görüşün nəticəsində 1,5:2,5 hesabı ilə məğlub olaraq turnirdə çıxışını başa vurub.
Kişilər
1/32 final, tay-brek
Şəhriyar Məmmədyarov - Hayk Martirosyan(Ermənistan) 0:1, 0,5:0,5 (Klassik partiyalar: 0:1, 1:0)
Qeyd edək ki, mükafat fondu 1 milyon 892 500 ABŞ dolları olan Dünya Kubokuna 7 şahmatçımız (3 kişi, 4 qadın) qatılıb. Kişi şahmatçılarımızdan Vasif Durarbəyli adını 1/16 finala yazdırıbsa, Nicat Abbasov 1/32-də məğlubiyyətlə üzləşib. Qadınların turnirindəki təmsilçilərimizdən Türkan Məmmədyarova ilə Ülviyyə Fətəliyeva ilk, Günay Məmmədzadə və Gülnar Məmmədova üçüncü mərhələdə(1/16 final) uduzaraq mübarizəni dayandırıblar.
Sahib Əsədbəyli