Bu gün Bakıda keçirilən taekvondo üzrə dünya çempionatına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, mundialın son günündə Azərbaycan millisinin idmançısı dayanq üzərinə çıxacaq.
Səmərrux Osmanova (53 kq) 1/16 finalda Mariella Bou Habib (Livan) - Vanesa Mendosa (Kolumbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Həmidrza Bədriəliabadi (+87 kq) də eyni mərhələdə dayanq üzərinə çıxacaq. Onun rəqibi Nouhum Diavara (Mali) - Sezar Nazareno (Kolumbiya) cütünün güclüsünü olacaq.
Qeyd edək ki, bunadək mübarizəyə qoşulan 11 təmsilçimizin hamısı medalsız qalıb.