Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda taekvondo üzrə gənclər arasında Avropa çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, yarışın ilk günü dayanq üzərinə çıxan Azərbaycan təmsilçilərindən yalnız biri çıxışını medalla başa vurub.
Oğlanların 45 kiloqram çəki dərəcəsində mübarizə aparan Pünhan Mürsəlov startda Almaniya, ardınca Moldova idmançısına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında rusiyalı rəqibinə uduzan taekvondoçumuz bürünc mükafatla kifayətlənib.
Qeyd edək ki, qitə birinciliyi noyabrın 15-dək davam edəcək.