Ötən gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib.
Fanat.Az xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb.
Qeyd edək ki, bu, Şamil Zavurovun karyerasında son döyüşü olub. O, Həbib Nurməhəmmədovun yeznəsidir.