18:19 26.05.2023 133

Millimizin üzvü Albaniyada gümüş medal qazandı

Albaniyada şose velosipedinin qrup ötüşməsi növü üzrə keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı, 5 mərhələli “Tour of Albania” yarışı başa çatıb.

Fanat.Az xəbər verir ki, mayın 26-da baş tutan sonuncu mərhələdə Permetdən start götürən velosipedçilər 122 km məsafə qət edərək Fier ərazisində finiş xəttini keçiblər.

Beşinci yarış günündə 9 ölkədən 11 komandanın heyətində ümumilikdə 55 idmançı birincilik uğrunda mübarizə aparıblar.

Yarışda iştirak edən Azərbaycanın kişilərdən ibarət Elit/U23 milli yığma komandasının üzvləri yüksək nəticəyə imza atıblar. Belə ki, idmançılarımız əsl komanda əzmkarlığı göstərərək, millimizin aparıcı üzvlərindən Samir Cəbrayılova böyük dəstək olublar. Nəticədə velosipedçimiz bu mərhələdə 2 saat 42 dəqiqə 56 saniyə nəticə ikinci yerə layiq görülərək gümüş medal qazanıb. O, özünün və milli komandamızın hesabına 3 UCI reytinq xalı yazdırıb.

Digər velosipedçilərimizdən Nəcəf Bağırov (02:43:03) 7-ci, Şahin Eyvazov (02:43:03) 29-cu, Kamran Mirzəxanov (02:43:03 ) 33-cü, Musa Mikayılzadə (02:43:03 ) isə 35-ci yerlə kifayətləniblər.

Mərhələnin qalibi  2 saat  42 dəqiqə 55 saniyə nəticə ilə Yunanıstan milli komandasının üzvü Polychronis Tzortzakis olub.

Ümumi təsnifatda isə M.Mikayılzadə (12:32:45, 15 UCI xalı) 5-ci, S.Cəbrayılov (12:33:46, 5 UCI xalı) 7-ci, Ş.Eyvazov (12:39:35) 29-cu, K.Mirzəxanov (12:40:01) 31-ci, N.Bağırov (12:52:56 ) 44-ci, Azərbaycan millisi (37:53:14) isə 6-cı yerdə qərarlaşıblar. 

S.Cəbrayılov yarışın ən yaxşı dağ velosipedçilərinin siyahısında 2-ci, ən yaxşı sprinterlərinin siyahısında isə 3-cü nəticə göstərib.

Veloturun ən yaxşı gənc idmançılarının sırasında isə Ş.Eyvazov 10-cu, K.Mirzəxanov 11-ci, N.Bağırov 16-cı olub.

Qeyd edək ki, yarışın dördüncü mərhələsi kəskin hava şəraiti səbəbindən ləğv edilib.

Nəzərinizə çatdıraq ki, veloturun 5-ci mərhələsində Azərbaycan, Türkiyə, Albaniya, Yunanıstan, Serbiya, Rumıniya, Belçika, Makedoniya və Böyük Britaniyanı təmsil edən komandalar iştirak ediblər.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

29 Sentyabr 2023
16:50

Miller "Neftçi"yə qarşı oynaya biləcəkmi? - AÇIQLAMA

16:33

"Kəpəz"in legioneri "Qəbələ"yə qarşı oynamayacaq

16:17

"Çelsi" Osimhen üçün rekord məbləğ ayırdı

16:00

Arteta "ayağı bağlanan" Haverts barədə nə dedi?

15:43

Məşhur futbolçu intihara cəhd etdi 

15:26

Əl-Xelaifi Mbappenin növbəti mövsümə harada başlayacağını açıqladı

15:09

Millisinin baş məşqçisi Naxçıvana səfər edib

14:50

"Nyukasl"ın vingeri 3 aylıq sıradan çıxdı: "Bu qeyri-adi zədədir"

14:33

"Qarabağ"da üzlər gülür - O da başladı

14:17

Qadın məşqçilər üçün UEFA A kursu

13:59

Silva sıraya döndü, bəs Cicanın son durumu nə yerdədir? - AÇIQLAMA

13:42

"Rəşad Sadıqov "Zirə"də yaxşı işlər görüb" - "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi

13:25

"Barselona" vuderkindi ilə bağlı bu addımı atacaq - Tarix də bilindi

13:07

Modriç: "Luka, sənə meydan oxuyuram" - VİDEO

12:45

UEFA “Qarabağ”ın kapitanını belə təbrik etdi - FOTO

12:33

Mərc etdi, qazandı - Bakıda inanılmaz uduş

12:16

Mourinyunun karyerasında hələ belə nəticə olmamışdı

11:55

Qomes A Seriyası klubu ilə anlaşdı

11:36

Braziliya klubu məşhur argentinalı məşqçisini qovdu

11:18

Əfsanəsi "Çelsi"dən ayrıldı - Özü açıqladı

10:58

İsko İtaliya nəhənginə keçəcək

10:39

"6-7 saat yol gəlib süni otda oynamaq asan deyil”

10:21

"Atletiko"dan ağır ittiham: "Real" hakimlərə təzyiq göstərir"

10:03

Alkantara "Liverpul"u ikiyə böldü - Qərar nə olacaq?

09:44

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:25

Messi ilə Ronaldu rəqib olacaqlar - Məkan bilindi

09:00

"Qarabağ" "Sumqayıt"la üz-üzə - YENİLƏNİR

01:31

“Atletiko” səfərdə inamlı qələbəyə sevindi

01:06

“Qarabağ”ın oyununa hakim təyinatları açıqlandı

00:49

“Roma” səfərdə darmadağına üzüldü

28 Sentyabr 2023
23:14

“Fənərbaxça”dan darmadağın

23:00

NTD Basketbol Liqasının debütantına qalib gəldi

22:32

İngiltərə Liqa kuboku: 1/8 finalın püşkü atıldı

22:10

Cəlal Hüseynovdan Bolqarıstan çempionatında ilk qol

21:59

“Gəncə”nin yeni baş məşqçisi açıqlandı

21:36

Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir

21:17

“Dinamo” – “Füzuli” matçında 7 qol

20:58

Voleybolçularımız Türkiyədə iki beynəlxalq turnirdə iştirak edəcəklər

20:34

Basketbol Liqasında çıxış edəcək son iki klubun adı açıqlandı

20:15

Yüksək Liqada növbəti turun təyinatları açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X