Velosipedçilərdən ibarət U-23 və gənclər yığma komandamızın üzvləri təlim-məşq toplanışına start verdi.
Fanat.az xəbər verir ki, velosipedçilər baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Tovuz və Gədəbəy rayonları ərazisində təlim-məşq toplanışına start veriblər.
Hazırlığın əsas məqsədi sentyabrda Türkiyədə təşkil olunacaq beynəlxalq yarışlara, həmçinin hələ ev sahibi bəlli olmayan ölkədə keçiriləcək dünya çempionatına hazırlaşmaqdır.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol