Velosipedçimiz Elçin Əsədov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki bununla bağlı olaraq Azərbaycan Velosiped Federasiyasının mətbuat katibi Pərviz Musayev paylaşım edib.
Qurum rəsminin "Facebook" səhifəsi üzərindən yazdığı fikirləri təqdim edirik:
Olimpiadanın kişi velosipedçilər arasında qrup ötüşməsində Elçin Əsədovdan savayı daha 40 nəfər finişə çata bilməyib.
Mübarizəni yarımçıq dayandıranlar arasında Rio-2016 Olimpiadasının qrup ötüşməsinin qızıl medalını qazanan belçikalı Qreyq Van Avermeyt, 2018-ci il "Tour de France”ın qalibi olan ingilis Tomas Gereynt, 2020-ci ildə "Giro d’İtalia”da hamıdan güclü olan digər ingilis Tao Hart Geoghegan, həmçinin daha neçə-neçə titullu idmançılar var.
Bu velosipeddir, hər şey ola bilər - təkər partlamasından tutmuş yıxılıb zədə almağa qədər. 57-ci km-də yıxılan və qalxıb mübarizəni davam etdirən Elçin 234 km məsafənin təxminən 110-115 km-ni ilk 8-likdə olub.
Elçin, səninlə fəxr edirəm!"
Qeyd edək ki, oyunların şose velosipedi üzrə qrup ötüşməsi yarışında 234 kilometr yol qət etməli olan velosipedçimiz, ilk kilometrlərdən başlayaraq liderlər qrupunda olsa da, finişə çatmağa gücü yetməyib. O, sona 127 kilometr qalmış mübarizəni dayandırıb.
Röya