AzVİF prezidenti yığma komandaların baş məşqçiləri ilə görüş keçirib.
Fanat.Az xəbər verir ki, bu gün müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev Respublika Velotrekində müxtəlif növlər üzrə (şose, trek, dağ velosipedi və BMX) yığma komandaların baş məşqçiləri ilə görüşüb.
Görüş zamanı federasiya prezidenti və baş məşqçilər velosiped idmanında yüksək nailiyyətlərin əldə olunması yollarını müzakirə ediblər.