İyunun 17-də Veloparkda keçirilən Bakı Birinciliyində qəza baş verib.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev məlumat yayıb:
"İyunun 17-də Veloparkda keçirilən Bakı Birinciliyində böyük bir qəzadan qaça bildik – Gənclər/U23 kateqoriyasının yarışı zamanı AMADA-nın xanım əməkdaşı diqqətsizlik edərək velosipedçilərin yoluna çıxdı. Nəticədə qəzadan qaçmağa çalışan idmançımız İbad Abbasov yıxıldı və zədələndi, velosipedlərdən birinin raması çatladı, digərinin isə karbon qabaq təkəri əyildi. Xanım əməkdaş isə heç bir şey olmayıbmış kimi yoluna davam etdi".