17:16 30.10.2020 4378

Düşmənin başına "od ələyən" Reaktiv Yaylım Atəşi Sistemləri - VİDEO

Azərbaycan Silahlı Qüvvələri torpaqlarımız işğaldan azadetmə əməliyyatlarındə müxtəlif növ silahlarla düşmənə ağır zərbələr vurur.

Bu dəfə arsenalımızda olan Reaktiv Yaylım Atəşi Sistemləri barədə maraqlı məlumatları təqdim edirik.

Reaktiv Yaylım Atəş Sistemi — birdən çox raket atma qabiliyyətinə sahib, təkərli və ya tırtıllı maşınlara əlavə olunan silahlardır.

9K58 "Smerç” (BM-30)

Katyuşa nəslindən olan reaktiv yaylım atəşi sistemidir. Bu sistem 1970-ci illərin sonunda SSRİ dövlət tabeçiliyində olan Splav (Tula) silah hazırlama zavodunda yaradılmışdır. NATO bu sistemi ilk dəfə olaraq 1983-cü ildə müşahidə etdiyindən ona M1983 adı verilmişdir. Smerç qısa məsafəli ballistik raket sistemi olan FROG-7-ni əvəz etmişdir.

Lülə sayı 12 olan atəş sisteminin maksimum atış məsafəsi 90–124 km-dir. V-12 dizel mühərrikli, 525 at gücünə malik motorun maksimal sürəti 60 km/saatdır, mənzilə çatma məsafəsi isə 900 kmdir.

Smerç sistemi dördoxlu MAZ-543M yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir. Atılmış yerləri raketlə yükləmək üçün 36 dəqiqə vaxt lazımdır. Tərkibində dörd Smerç sistemi olan baterya 48 ədəd raketlə təxminən sahəsi 800x800 m olan ərazini məhv edə bilir. Onun maksimal atış məsafəsindən atəş zamanı verilmiş nişandan meyillənməsi 150 m həddindədir.

Xüsusiyyətləri

Ağırlığı: 43.7 ton

Sürət: 60 km/s

Əsas silah: 9M55 və ya 9M528 raketi

Uzunluğu: 12 m

Eni: 3.05 m

Hündürlüyü: 3.05 m

Ekipaj: 3

Kalibr: 300 mm

Maksimum məsafə: 850 km.

TOS-1

TOS-1- 220 mm-lik, 30 və ya 24 borulu Sovet istehsalı ağır odsaçan artilleriya sistemi. İlkin versiyası 1988-ci ildə hazırlanıb. T-72 tankının şassisi üzərində yerləşir. TOS-1 açıq və ya qapalı ərazidə yerləşən düşmənin istər şəxsi heyətini, istərsə də zirehli texnikasını məhv etmək üçün hazırlanmışdır. İlk döyüş testləri 1988-1989-cu illərdə Sovet ordusu tərəfindən Əfqanıstan müharibəsində yerinə yetirilib. "Solntsepyok” sisteminin idarəolunmayan reaktiv termobarik döyüş başlığının ən böyük təsir effekti dağlıq ərazilərdə əldə olunur. Döyüş maşınının çəkisi 44.3 ton, uzunluğu 7240 mm, hündürlüyü 3073 mm, eni 3580 mm, şossedə sürəti 60 km/saat, ehtiyat gediş məsafəsi 550 kilometrdir. 1.2 metr hündürlükdə olan maneələri də asanlıqla aşmağa qadirdir.

Maksimum atış məsafəsi 550 km olan sistem V-84 dizel mühərrikli 840 at gücünə malik motorun maksimal sürəti 60 km/saatdır.

Ağırlığı: 45.3 ton

Uzunluğu: 9.5 m

Eni: 3.6 m

Hündürlüyü: 2.22 m

Ekipaj: 3

Motoru: V-84 Dizel

Motor gücü: 840 at gücü (630 kV)

Maksimum məsafə: 550 km

Sürəti: 60 km/s

Atəş tezliyi: 30 atəş/15 saniyədə

BM-21 Qrad

Qrad- Sovet istehsalı 122 mm reaktiv yaylış atəş sistemidir. "Katyuşa” sisteminin bazasında yaradılmış bu sistem "Ural-375” və ya "Ural-4320” avtomobillərinin üzərində quraşdırılır. NATO ölkələrində sistem M1964 adı ilə tanınır. Hədəfi vurma məsafəsi 30 km-dir. Bir dəfəyə 40 ədəd mərmi atır. Çapı 122 mm-dir. Ağırlığı 13.71 ton, hündürlüyü 3.09 m, eni 2.40 m, uzunluğu isə 7.35 m olan sistemin maksimum atış məsafəsi 405 km-dir. Qrad sistemi növündən asılı olaraq "Ural-375” və "Ural-4320” avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1” modifikasiyası üçün ZİL-131 avtomobili tətbiq olunur. Atıcı qurğunun hərəkət sürəti 75–90 km/saat arasında yerləşir. Sistemdə atəşin avtomatik idarə edilməsi üçün "Vivariy” kompleksi tətbiq edilir.

Ağırlığı: 13.71 ton

Şose sürəti: 75 km/s

Uzunluğu: 7.35 m

Eni: 2.40 m

Hündürlüyü: 3.09 m

Ekipaj: 3

Mərminin başlanğıc sürəti: 2 atış/saniyə

Maksimum məsafə: 405 km.
 


Mənbə: Report.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 Avqust 2026
10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

"İmişli" 2-ci Liqanın debütantı ilə qarşılaşır

09:25

"Sabahın Ulduzları": 3 oyunda 21 qol vuruldu

09:00

UEFA reytinqi: Azərbaycan neçəncidir?

01:43

KL: "Tvente" darmadağına sevindi

01:18

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

01:01

Murad Məmmədov Avstriya nəhənginə qarşı oynadı, komandası isə...

06 Avqust 2026
23:54

Qurban Qurbanov "Dinamo"ya məğlubiyyətdən sonra belə danışdı

23:24

Komandası heç-heçəyə razılaşdı, Mahir isə...

23:09

Azərbaycan millisi Göygöldəki təlim-məşq toplanışını başa vurdu

22:56

KL: "Dinamo" "Qarabağ"ı minimal fərqlə üstələdi

22:19

“Atletiko” Romeronu transfer etmək istəyir

21:34

"Kəpəz" Gəncədə "Karvan-Yevlax"ı məğlub etdi

21:18

"Fənərbağça"nı məyus edən xəbər gəldi - Bu futbolçu 6-8 həftə oynamayacaq

20:56

“Real Madrid”in alternativ planı

20:01

Slavik Alxasovun yeni klubu bilindi

19:47

Cənubi Koreya Futbol Assosiasiyasında polis əməliyyatı

19:08

Yan Diomande "Real Madrid"də - RƏSMİ

18:34

AFFA "Şamaxı" və "Qəbələ" akademiyalarında maarifləndirici təlim keçib

18:08

AFFA Premyer Liqa klubları ilə maliyyə məsələlərini müzakirə edib

17:42

Komandaya istirahət verən Tsxadadze daha 2 legionerin yolunu gözləyir

17:24

"Trabzonspor" Salahın transferini və keçidin maliyyə detallarını açıqladı

17:06

Turan Manafovun aqibəti necə olacaq? - SON DURUM

16:48

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə səfər matçında yüzlərlə azərbaycanlı dəstəkləyəcək

16:29

"Sabah" - "Orhus" oyununa neçə bilet satıldığı bilindi

16:11

"Sabahın Ulduzları" - Bir qucaq ümid

15:53

Dambrauskas heyətə 1 gün istirahət verdi

15:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:23

"Everton" "Arsenal"ın yarımmüdafiəçisini aldı - Bu qiymətə

14:50

"Turan Tovuz" sabiq "Konyaspor"lunun keçidini rəsmən açıqladı

14:46

"Bu mərhələdə səhv etmək olmaz" - Ağasəlim Mircavadov "Qarabağ"a inanır

14:14

"Araz-Naxçıvan" futbolçusu ilə yollarını ayırdı

14:07

“Qarabağ” Akademiyasında yeni təyinatlar bilindi

13:49

Leau ilə anlaşan "Qalatasaray" indi də bu futbolçunu istəyir

13:31

Samir Əliyev "Qarabağ" - "Dinamo" mübarizəsindən nə gözləyir?

13:12

Cəfərov Avropa Liqasına təyinat aldı

12:55

"Barselona" Rodrini "Real"a keçmək fikrindən daşındırdı - SON DURUM

12:37

Qavi dünya çempionatında verdiyi sözü tutdu - FOTO

12:19

"Sabah" bu cütün qalibi ola bilər" - Aslan Kərimov

12:00

“Qarabağ” - “Dinamo Kiyev” oyununun biletləri satışa çıxarıldı

Facebookdan bizi izləməyi unutmayın.
X