20:50 13.09.2021 1804

Uzunluğa tullanmada gəzərək çempion olan idmançımız: “Düşündüm ki, yarışı gülməli notlarla bitirim” - VİDEO

“Azərbaycan xalqına təşəkkürümü bildirirəm ki, Paralimpiya Oyunları zamanı bizə dəstək oldular. İnternet vasitəsilə bunun şahidi olduq. Şükürlər olsun, çox əziyyət çəkib, qızıl medalı qazandım”.

Bunu Oxu.Az-a açıqlamasında Tokio Yay Paralimpiya Oyunlarında atletikanın uzunluğa tullanma növündə qızıl medal qazanmış Orxan Aslanov deyib.

O, atletikada ondan qabaq medalların qazanılmasının ona əlavə güc verdiyini bildirib:

“Düzdür, bunun kimi çətin yarışım olmayıb. Amma dünya çempionatında da çıxış edərkən çətinlik çəkmişəm. Həm Paralimpiya komandamızın məndən əvvəl qazandığı medallar, həm də cənab Prezidentin və Birinci vitse-prezidentin mükafat qazanan idmançıları təbrik etməsi üzərimə böyük məsuliyyət qoyurdu. Ən böyük arzumuz isə şəhid və qazilərimizə bu qələbələri həsr etmək idi”.

26 yaşlı idmançımız gözləri nisbətən zəif görənlərin yarışdığı T13 kateqoriyasında mübarizə aparıb. O, 7.36 metr uzunluğa tullanmaqla həm qızıl medal qazanıb, həm də kontinental rekorda sahib çıxıb. Lakin idmançımız sonuncu – altıncı cəhdində gücünü sərf etməyə ehtiyac duymayıb. O, tullanmayıb və qumun üzərinə yeriyərək çıxıb. Nəticədə ən aşağı nəticə – 3.78 metr nəticə qeydə alınıb. Orxan Aslanov bu addımını belə izah edib:

“Məşqçimdən soruşdum ki, sonuncu cəhddə belə etmək olarmı? Artıq qızıl medal həll olunmuşdu və sonuncu çıxış edəcək idmançı mən idim deyə belə etdim.

Bundan bir cəhd qabaq Paralimpiya rekordu qırmaq üçün çox çalışdım. Amma gördüm ki, hava şəraiti, yağışın güclənməsi buna imkan vermir. Gördüm ki, rekord üçün imkan olmayacaq. Düşündüm ki, yaxşısı budur, yarışı gülməli notlarla bitirim”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 Aprel 2024
22:49

"Şeffild Yunayted"dən tarixi antirekord - Hələ beləsi olmamışdı

21:22

"Mövsümü fantastik şəkildə başa vuracağımızı hiss edirik" - Ançelotti

20:16

"Yuventus" forvardını dilə tutur, ancaq...

19:30

"Çelsi" tarixinin ən bahalı oyunçusu üçün mövsüm bitdi

18:44

Bundesliqa klubunun qolçusu İtaliya nəhənginə keçəcək

18:03

Avropa Çempionatı: Azərbaycan cüdoçusu finala yüksəldi

17:53

Azərbaycan yığması Özbəkistana uduzdu

17:23

Əliyar Ağayev Fatih Terimin komandasının oyununu idarə edəcək

17:02

Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: "Üç dəqiqə söhbətləşdik və..."

16:41

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

16:19

Ançelotti Xavinin fikrini dəyişməsinə belə reaksiya verdi

16:00

"Təəssüflər olsun ki, qol vurmadım, amma..." - Ağadadaş Salyanski

15:55

"Güclü olmalıyıq, çünki uduza bilmərik" - "Mançester Siti"nin hücumçusu

15:37

Karrager Salahı hədəfə aldı: "Özünə bənzəmirdi"

15:18

"Qəbələ"nin müdafiəçisi üçün yubiley

15:00

"Son tura qədər çempionluq uğrunda mübarizəmizi davam etdirəcəyik" - Elçin Usub

14:42

"Sabah" Akademiyaya bölgədən futbolçu seçəcək

14:23

"Hansısa klub barədə neqativ qərar verilsə..." - Məmmədov Nyondakı iclasdan danışdı

14:04

"Qəbələ"nin hücumçusu əməliyyat olundu

13:44

FİFA referisi I Liqaya göndərildi

13:28

"Məşqçimiz rahatlaşmağımıza imkan vermir" - "Qarabağ"ın qoleadoru

13:07

"Boykot qərarı “Neftçi”nin xeyirinə olmayacaq" - Braziliyalı müdafiəçi

12:49

İngiltərə Premyer Liqasında antirekord qeydə alındı

12:25

Barış Şimşək yeni akademiya yaratdı - Azərbaycanda

11:56

"Budəfəki kimi oynasaq..." - Kapitan komanda yoldaşlarına səsləndi

11:39

"Qəfəs döyüşü deyil ki, rəhmimiz gəlsin" - Toral Bayramov

11:21

"Bu axşama görə azarkeşlərdən üzr istəyirəm"

11:03

Finalda təkrarlanan 6-cı cüt

10:44

"Liverpul" üçün sürpriz baş məşqçi - Kloppun xələfi bilindi

10:27

11-ci dəfə finala yüksələn "Qarabağ" "Neftçi"yə çatdı

10:09

Azərbaycan Kubokunda rekord qeydə alındı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:24

"Bayer"də ayrılıq - Çempionu tərk edir, Almaniyanı yox

09:00

"Barselona" Xavi ilə bağlı qərarını verdi - Təsdiqləndi

01:17

MY-dən əzmkar qələbə, "Liverpul" derbidə uduzdu

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

Facebookdan bizi izləməyi unutmayın.
X