17:41 21.12.2022 489

"2022-ci il voleybolumuz üçün uğurlu oldu" - Federasiya rəsmisi

"2022-ci il voleybolumuz üçün uğurlu il oldu. Pandemiyadan sonra 2021/2022 illər mövsümü üzrə ölkə çempionatı bərpa olundu. Milli komandalarimiz beynəlxalq yarışlarda iştirak etdi, qadın millimiz 10-cu dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə əldə etdi. Həmçinin iki klubumuz avrokuboklarda çıxış etdi".

Bu sözləri Fanat.Az-a açıqlamasında ilin yekunları barədə danışarkən Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova deyib.

Qurum sözçüsü ölkə voleybolunda il ərzində yaddaqalan digər önəmli hadisələri sadalayıb: 

"2022-ci ildə qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatı “Super”, “Yüksək” və I Liqa yarışları keçirilib.
“İdman həftəsi” çərçivəsində voleybol turniri təşkil olunub.
Qadın voleybolçular arasında “Bahar kuboku” keçirilib.
Azərbaycan Voleybol Federasiyası, Regional İnkişaf Mərkəzi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 8-10 yaşlı uşaqlar arasında voleybol idman növünün inkişaf etdirilməsi məqsədi ilə məşqçi-müəllimlər üçün Bakıda və bölgələrdə seminarlar təşkil olunub.
Kişi voleybolçular arasında “Zəfər” kuboku keçirilib.
Azərbaycan Yüksək, Super, I Liqa və “Zəfər” kuboku yarışlarının qaliblərinin mükafatlandırma mərasimi və 2021/2022 illər mövsümünün bağlanış mərasimi olub.
22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının II təsnifat mərhələsində iştirak edib. 
Azərbaycan Voleybol Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təkilatçılığı ilə qız və oğlan voleybolçular arasında “Bakı kuboku” keçirilib.
Gənc qız və oğlanlar arasında çimərlik voleybolu üzrə Bakı birinciliyi təşkil olunub.

İdman Araşdırmalar Mərkəzinin (İAM), Azərbaycan İdman Jurnalistləri, Azərbaycan Voleybol Federasiyası və “Avrora Grroup”un birgə təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında voleybol üzrə Zəfər kuboku keçirilib.
Azərbaycan Voleybol Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılğı çimərlik voleybolu üzrə açıq ölkə çempionatı keçirilib.
2022-ci ildə beynəlxalq hakimlərimiz, supervayzerlərimiz Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən beynəlxalq yarışlara təyinatlar alıblar.
Qadın voleybolçulardan ibarət Azərbaycan milllisinin kapitanı Ayşən Abduləzimova V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarlarından biri olub.
Qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milliləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında iştirak ediblər. Qadınlardan ibarət millimiz yarışın bürünc medallarını qazanıb. Kişi voleybolçularımız isə yarışı IV pillədə başa vurub. Kişi voleybolçulardan ibarət Azərbaycan millisi AVRO-2023-ün təsnifat mərhələsində çıxış edib.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi AVRO-2023-ün təsnifat mərhələsində mübarizə aparıb və komandamız Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Beləliklə millimiz ardıcıl 10-cu dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcək.
Məşqçi-müəllimlərimiz Makedoniyanın paytaxtı Skopyeda təşkil olunan FİVB miqyaslı CEV Məşqçilər Konvensiyasında iştirak ediblər.
17 yaşadək (U-17) oğlan voleybolçulardan ibarət millimiz Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edib. 
Uzun fasilədən sonra Azərbaycanı avrokuboklarda (Çelenc kuboku) iki klubumuz, qadın voleybolçulardan ibarət “Azərreyl” və kişilərdən ibarət “Murov” klubu təsil edib.
 “Murov” Çelenc kubokunun 1/8 final mərhələsində Niderlandın “Orion” klubuna məğlub olaraq mübarizəni dayandırıb. “Azərreyl” klubu isə 1/16 final mərhələsində Almaniyanın “VFB SUHL Thüringen” komandasına məğlub olaraq Çelenc kubokunda çıxışını sonlandırıb.

2022-ci ilin dekabrın 15-də voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında 2022/2023 illər mövsümünün açılış mərasimi keçirilib. Yeni mövsümdə 4 qadın, 4 kişi komandası çempionluq üğrunda mübarizə aparacaq. Ötən illərdən fərqli olaraq bu il həm qadınların, həm də kişilərin çempionatı Yüksək Liqa adlanacaq. Kişi voleybolçular arasında Azərbaycan çempionatı Yüksək Liqasında  mədəniyyət paytaxtımız Şuşanı təmsil edəcək “Xarı bülbül” komandası ilk dəfə iştirak edəcək".

Qurum rəsmisi bildirib ki, Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili elan edilməsi ilə bağlı Azərbaycan Voleybol Federasiyası da müxtəlif tədbirlər və yarışlar keçirəcək:

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası avqust-sentyabr aylarında Avropa çempionatının final mərhələsində iştirak edəcək. 
18 yaşadək oğlan (U-18), 17 yaşadək (U-17) qız voleybolçular Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcəklər".

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2026
19:51

Osimhen hərəkətə keçdi: Ulduz hücumçu "Qalatasaray"a gəlməyə hazırdır

19:14

Mourinyudan Arda Güler qərarı

18:41

"Arsenal" vinger ovunda: Siyahıda 4 böyük ulduz var

18:25

"Arsenal"dan "Mançester Yunayted"ə rədd cavabı: Gənc ulduzun qiyməti 60 milyondur

17:57

İrlandiya İsraillə neytral meydanda qarşılaşacaq

17:20

"İnter"in oyunçusu İtaliyanı İngiltərəyə dəyişə bilər

16:53

Məşhur ingilis referi ABŞ-də sıradan çıxdı, yerinə bu hakim təyin olundu

16:15

Əşrəf Hakimi Braziliyaya meydan oxudu - "Bizə də "afrikalı braziliyalılar" deyirlər"

15:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:28

Portuqaliya millisinin üzvü Londonu tərk edir, İngiltərəni yox

14:56

Bakı klubu kapitanı ilə bağlı qərarını verdi - RƏSMİ

14:30

"Bayern"dən ayrılan Qoretskanın yeni klubu bilindi - SON DURUM

13:59

İbrahimoviç DÇ-2026-da azarkeşlik etdiyi komandanın adını dedi - "Mənim köküm o ölkədəndir"

13:17

ABŞ bir rekordunu 96 il sonra təkrarladı, digərini isə...

12:53

Avropa Kuboku: Azərbaycan millisi mübarizəyə başlayır

11:54

"O, öz dövrünün ən yaxşı hücumçusudur. Nöqtə!" - Pol Poqba

11:23

Avropa Liqası: Azərbaycan milli komandaları sınaq qarşısında

10:42

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:11

İnfantino İtaliyaya istehza etdi - "Bəlkə onda dünya çempionatına qatıla bildilər"

09:36

DÇ-2026: İsveçrə Qətər ilə üz-üzə

09:00

Modriçin karyerasını nə vaxt bitirəcəyi bilindi

08:00

DÇ-2026: ABŞ Paraqvaya rəhm etmədi

02:33

Kanadada hələ belə tarixi gecə yaşanmamışdı

01:57

İrandan gələn gizli təhdid turniri yarımçıq qoya bilər

01:27

Mundialda şok qadağa: Kanada tanınmış ulduzu ölkəyə buraxmadı

00:57

DÇ-2026: Ev sahibi Kanada Bosniya və Herseqovina ilə xalları böldü

00:22

"Sabah" braziliyalı futbolçu ilə gücləndi

12 İyun 2026
23:30

AGF rəsmiləri Lənkəran və Astarada məşqçilərlə gələcək planlarla bağlı fikir mübadiləsi aparıblar

22:43

Atletika üzrə Azərbaycan çempionatında ilk günün qalibləri bilindi

22:07

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Rumıniyaya uduzdu

21:40

Azərbaycan nümayəndə heyəti FİS-in Beynəlxalq Xizək Konqresində iştirak edib

21:17

Azərbaycanın çövkən millisi Bakıdakı dünya çempionatında finala vəsiqə qazanıb

20:41

Azərbaycan boksçuları Çində Dünya Kubokunda mübarizə aparacaqlar

20:09

"Brayton" "Tottenhem"in müdafiəçisi üçün 30 milyon təklif etdi

19:41

"Barselona"nın Reşford planı dəyişdi

19:17

MPL klubları “Turan Tovuz”la bağlı CAS-a müaciət etdi

18:38

Niko Şlotterbekdən "Real Madrid" və Joze Mourinyu açıqlaması

18:09

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

17:54

AFFA rəsmiləri klub nümayəndələri ilə görüşdülər

17:33

İkiqat İngiltərə çempionu Premyer Liqa klubunda - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X