Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası bu gün "Çelenc Kuboku"nun 1/32 final mərhələsində cavab oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, təmsilçimiz Ukraynanın "Balta” kollektivi ilə qarşılaşacaq.
Komandalar arasında ötən gün keçirilən görüşdə “Azərreyl” 3:0 (25:18, 25:18, 25:18) hesablı qələbə qazanıb.
Cavab oyunu da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq. Ancaq bu dəfə ukraynalılar meydan sahibi qismində çıxış edəcəklər.
Çelenc Kuboku
1/32 final, cavab oyunu
18 oktyabr
20:00. “Balta” (Ukrayna) - “Azərreyl” (Azərbaycan)
Bakı. Voleybol Mərkəzi.
İlk oyun – 0:3.