Dekabrın 23-də 16 yaşadək voleybolçu qızlar arasında Azərbaycan birinciliyinə start veriləcək.
Fanat.Az xəbər verir ki, yarışda 18 komanda iştirak edəcək.
Reqlamentə əsasən, komandalar bir dövrədən ibarət olmaqla iki qrupda mübarizə aparacaqlar. Daha sonra pley-off mərhələsi təşkil olunacaq.
Birincilikdə mübarizə aparacaq komandalar qruplar üzrə aşağıdakı kimi bölünüb:
A qrupu: “Ryuga”, “Aura”, “Azərreyl-1”, “Azərreyl-3”, “Xarı Bülbül-2”, “Abşeron”, “Sumqayıt”, “Lokomotiv”, “Milli Aviasiya Akademiyası”.
B qrupu: “Azərreyl-2”, “Azərreyl-4”, “Xarı Bülbül-1”, “Dinamo”, “Murov Az Terminal”, “İlkin klubu”, “Xəzri”, “Zəngəzur”, “Bakı klubu”.
Görüşlər Azərbaycan Voleybol Federasiyasının və UNEC-in idman zalında keçiriləcək.