“Gəncə” voleybol klubu heyətinə əcnəbi oyunçu qatıb.
Fanat.Az xəbər verir ki, qərb təmsilçisi rusiyalı voleybolçu Anastasiya Atepalina ilə birillik müqavilə imzalayıb.
Ötən mövsümü Fransanın “Argentier 95” klubunda keçirən voleybolçu daha əvvəl Albaniyanın “Tirana” və “Skenderbeu” kollektivilərində forma geyinib, Rusiyanın “Lokomotiv Angara” və “Yaroslavna TMZ” komandalarının şərəfini qoruyub.
Qeyd edək ki, “Gəncə” bunadək Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva və Xanım Cəlilovanı sıralarına cəlb edib.