Azərbaycanın kişilərdən ibarət çimərlik voleybolçuları Gürcüstanın Tbilisi şəhərində təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında ilk oyununu keçiriblər.
Fanat.Az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, yığma Ermənistan təmsilçiləri ilə qarşılaşıb.
Heydər Məmmədli ilə Nəriman Bayramlı cütü hər iki hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib qəlib.
Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşdə Ukrayna voleybolçuları ilə üz-üzə gələcək.