
"Gəncə" voleybol klubu heyətinə yeni oyunçu cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı bölgə klubunun mətbuat xidməti yayıb.
Əhyaxanım Fərzullayeva ilə müqavilə imzalanıb.
Ötən mövsümü "Murov Az Terminal" klubunda keçirən voleybolçu karyerası ərzində "Milli Aviasiya Akademiyası"nın da formasını geyinib.