
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma startda İran ilə üz-üzə gəlib.
Voleybolçularımız yarışa qələbə ilə başlayıb. Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində baş tutan görüş millimizin 3:0 hesablı qalibiyyəti ilə başa çatıb (25:11, 25:16, 26:24).
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 6-da Tacikistan kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.