
Oğlan voleybolçulardan ibarət "Naxçıvan" komandası U-14 Azərbaycan çempionatının qalibi olub.
Fanat.Az xəbər verir ki, 14 yaşadək (U-14) voleybolçular arasında keçirilən Azərbaycan çempionatının final mərhələsində "Naxçıvan" komandası "Oğuz RVK" ilə qarşılaşıb.
Rəqibini 2:0 hesabı ilə məğlub edən Naxçıvan təmsilçisi çempionatın qalibi adını qazanıb.