14:33 21.04.2026 1157

"DH Volley" Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb - FOTOLAR

"Azərlotereya” ASC-nin sponsoru olduğu "DH Volley” ("Demirören Holdinq”) komandası qadın voleybolçuların Azərbaycan Yüksək Liqasının final mərhələsində uğurla çıxış edərək gümüş medal qazanıb. Qısa müddətdə formalaşmasına baxmayaraq komandanın əldə etdiyi bu nəticə sistemli hazırlıq, güclü komanda ruhu və davamlı dəstəyin uğurlu vəhdəti kimi qiymətləndirilir.

Final qarşılaşması Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. Qızıl medal uğrunda keçirilən oyunda "DH Volley” komandası "Turan” komandası ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın nəticəsində "Turan” birinci yerə layiq görülüb, "DH Volley” ikinci yeri tutaraq gümüş medal qazanıb. Bürünc medala isə "Gəncə” komandası sahib olub.

Mükafatlandırma mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, "Demirören Holdinq” qrupu İdarə Heyətinin sədri Yıldırım Demirören və digər rəsmi şəxslər iştirak ediblər.

Qaliblərə medal və kuboklar təqdim edilib, həmçinin liqanın ən yaxşı oyunçuları və rəmzi komandası açıqlanıb. Qadın voleybolçular arasında Yüksək Liqada fərqlənən oyunçular arasında "DH Volley”in üzvləri də yer alıb. "Ən yaxşı toppaylayıcı” Natalia Gajewska, "Ən yaxşı hücumçu” Alla Alekumova, "Ən yaxşı diaqonal oyunçu” isə Katerina Jidkova seçilib.

AVF prezidenti Şahin Bağırov Yüksək Liqada çıxış edən bütün idmançılara, Gənclər və İdman Nazirliyinə, eləcə də aidiyyəti qurumlara, azarkeşlərə, media nümayəndələrinə və sponsorlara, xüsusilə də "Demirören Holdinq” qrupu İdarə Heyətinin sədri Yıldırım Demirörenə Azərbaycan voleyboluna verilən böyük töhfəyə görə təşəkkür edib.

Mükafatlandırma mərasimində "Demirören Holdinq” qrupu İdarə Heyətinin sədri Yıldırım Demirören də "DH Volley” üzvlərini bu böyük uğur münasibətilə təbrik edərək qısa müddətdə əldə edilən müvəffəqiyyətin böyük zəhmətin və məqsədyönlü fəaliyyətin nəticəsi olduğunu bildirib.
Gələcək mövsümlərdə daha böyük uğurları hədəfləyən "DH Volley” komandası "Azərlotereya”nın sponsorluğu ilə yaradılıb. "Azərlotereya” gənclərin idmana və sağlam həyat tərzinə təşviqi, eləcə də müxtəlif idman növlərinin inkişafı istiqamətində bir sıra təşəbbüsləri dəstəkləyir. Şirkət "Misli Premyer Liqası” başda olmaqla futbol, voleybol və basketbol kimi idman növləri üzrə müxtəlif layihələr reallaşdırır. Bu çərçivədə şirkət ölkə voleybolunun inkişafına da töhfə verir. 

Şirkət 2021-ci ildən "Demirören Holdinq”in idarəetməsinə verilib. Fəaliyyət göstərdiyi ölkələrdə idmanın inkişafına xüsusi diqqət ayıran "Demirören Holdinq” xüsusilə voleybolun dəstəklənməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir. "DH Volley” komandasının əldə etdiyi uğur da bu dəstəyin və idmana yönəlmiş strategiyanın nəticələrindən biri kimi yüksək qiymətləndirilir.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

Facebookdan bizi izləməyi unutmayın.
X