Azərbaycan millisinin voleybolçusu Odina Əliyeva karyerasını ABŞ-da davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 30 yaşlı hücumçu Pro Liqada mübarizə aparan "Atletes Unlimited”lə müqavilə imzalayıb.
Son mövsümü "Cakarta”da (İndoneziya) oynayan Əliyeva razılaşmaya əsasən 1 mövsüm yeni klubunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, İndoneziyada çempion olmaqla yanaşı, 3 nominasiyada - I mərhələnin bombardiri, çempionatın ən yaxşı hücumçusu və ən dəyərli oyunçu seçilən yığmamızın sabiq kapitanı İtaliya və Türkiyədə də legioner həyatı yaşayıb.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol