14:40 16.01.2021 1164

“Sağlamlığım imkan versə, yığmada oynayacağam” - MÜSAHİBƏ

Azərbaycan milli komandasının və Macarıstanın "MCM-Diamant” klubunun voleybolçusu Olena Xarçenkonun apasport.az saytına müsahibəsi

- Uzun müddət meydanlardan kənar qaldıqdan sonra Macarıstanın "MCM-Diamant” klubu ilə anlaşdınız. Zədədən sonrakı bərpa dövrünü necə keçirdiniz?
- Zədədən sonrakı bərpa prosesi yaxşı alındı. Bu, mənim üçün çox ağır dövr idi. Amma mənə çox kömək edirdilər. Çox yaxşı fiziorerapevtlə çalışdıq. Ona da təşəkkür edirəm. Biz uzun müddət - 3,5 ay işlədik. Ağır iş oldu. Lakin bunu etməli idik. Hər şey də yaxşı nəticələndi.

- Bir müddət Serbiyaya da yollanmağınız nə ilə bağlı idi?
- Sonradan Serbiyaya, Belqrada yollandım. Fiziki hazırlıq baxımdan da bərpa olunmalı idim. Orada yaxşı məşqçinin rəhbərliyi altında təxminən 5 ay müddətində az qala hər gün çalışdıq. O, mənəvi və fiziki kömək etdi ki, formamı yığım. İndi də onunla əlaqə saxlayırıq ki, profilaktiki tədbirləri davam etdirə bilim. Bir sözlə, çalışmağa davam edirəm. Bəxtim gətirdi ki, həm fiziki, həm də fitnes üzrə yaxşı mütəxəssislərlə çalışmaq imkanım oldu.

- "Türk Hava Yolları”nın düşərgəsindən də səsiniz gəldi. Türkiyəyə getməyinizin səbəbi nə idi?
- Serbiyadan sonra Türkiyəyə yollandım. Orada mənə meydanda bərpa olmağa kömək etdilər. Topu hiss etməyə başladım. Komandada çox yaxşı atmosfer, əla məşqçi var idi. Dəstəyi hiss edirdim. Amma getməli oldum. Sonra bir müddət evdə qaldım. 

- Yeni keçdiyiniz Kapoşvarın "MCM-Diamant” klubunda sizi necə qarşıladılar?
- Evdə olduğum vaxt özümü Macarıstanda sınamaq təklifi aldım. İndi də "MCM-Diamant”dəyəm. Yaxşı komandadır. Qızlara "əhsən” deyirəm, yaxşı çalışırlar. Məşqçi də əladır. Özümə də dəstək hiss edirəm. Burada hər şey yaxşıdır. Komanda çox xoşuma gəlir.

- Azərbaycan voleybolunda siz Olena Həsənova kimi tanınırsınız. Amma bir müddət əvvəl ailə həyatı qurmazdan öncəki soyadınızı qaytararaq Xarçenko oldunuz. Bunu nə ilə izah edirsiniz?
- Yığmadakı bütün qızlar soyadlarını dəyişdi. Mən də belə qərara gəldim. Bu mənim seçimimdir. Düşünürəm ki, mənim üçün belə daha yaxşı olacaq.

- Zədə səbəbindən bir müddət yığmaya da kömək edə bilmədiniz. Gələcəkdə yenidən Azərbaycan millisinin şərəfini qoruyacaqsınız?
- Əlbəttə. Sağlamlığım imkan versə, Azərbaycan yığmasında oynayacağam. Ölkəni beynəlxalq arenada təmsil edəcəyəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2026
12:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:54

"O, öz dövrünün ən yaxşı hücumçusudur. Nöqtə!" - Pol Poqba

11:23

Avropa Liqası: Azərbaycan milli komandaları sınaq qarşısında

10:42

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:11

İnfantino İtaliyaya istehza etdi - "Bəlkə onda dünya çempionatına qatıla bildilər"

09:36

DÇ-2026: İsveçrə Qətər ilə üz-üzə

09:00

Modriçin karyerasını nə vaxt bitirəcəyi bilindi

08:00

DÇ-2026: ABŞ Paraqvaya rəhm etmədi

02:33

Kanadada hələ belə tarixi gecə yaşanmamışdı

01:57

İrandan gələn gizli təhdid turniri yarımçıq qoya bilər

01:27

Mundialda şok qadağa: Kanada tanınmış ulduzu ölkəyə buraxmadı

00:57

DÇ-2026: Ev sahibi Kanada Bosniya və Herseqovina ilə xalları böldü

00:22

"Sabah" braziliyalı futbolçu ilə gücləndi

12 İyun 2026
23:30

AGF rəsmiləri Lənkəran və Astarada məşqçilərlə gələcək planlarla bağlı fikir mübadiləsi aparıblar

22:43

Atletika üzrə Azərbaycan çempionatında ilk günün qalibləri bilindi

22:07

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Rumıniyaya uduzdu

21:40

Azərbaycan nümayəndə heyəti FİS-in Beynəlxalq Xizək Konqresində iştirak edib

21:17

Azərbaycanın çövkən millisi Bakıdakı dünya çempionatında finala vəsiqə qazanıb

20:41

Azərbaycan boksçuları Çində Dünya Kubokunda mübarizə aparacaqlar

20:09

"Brayton" "Tottenhem"in müdafiəçisi üçün 30 milyon təklif etdi

19:41

"Barselona"nın Reşford planı dəyişdi

19:17

MPL klubları “Turan Tovuz”la bağlı CAS-a müaciət etdi

18:38

Niko Şlotterbekdən "Real Madrid" və Joze Mourinyu açıqlaması

18:09

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

17:54

AFFA rəsmiləri klub nümayəndələri ilə görüşdülər

17:33

İkiqat İngiltərə çempionu Premyer Liqa klubunda - RƏSMİ

17:14

Alberto Akviliani A Seriyası komandasına baş məşqçi təyin edildi - RƏSMİ

16:53

"Siz mənim son oyunlarımı görməmisiniz?" - Kriştianu Ronaldu

16:27

Yapon hücumçu Almaniya klubunda - RƏSMİ

16:08

"Karvan-Yevlax" "10 nömrə"si ilə vidalaşdı

15:50

"Mançester Siti"nin sabiq oyunçusu Rusiya klubunda oynayacaq - RƏSMİ

15:32

Azərbaycan kanoeçisi Avropa çempionatında qızıl medal qazandı

15:14

"Liverpul" məşhur niderlandlı ilə vidalaşdı

14:56

Mahmud Qurbanov Premyer Liqa klubunun təklifini geri çevirdi

14:38

Çexiya uduzduğu oyunda 20 illik həsrətə son qoydu

14:20

"Cavid Hüseynov? Namizədlərdən biri odur, amma..." - "Araz-Naxçıvan"ın rəsmisi

13:56

PSJ vingerini bu qiymətə satır

13:32

Qvardiol "Mançester Siti" ilə danışıqları dayandırdı - Bu kluba keçir

13:13

"Sumqayıt"ın futbolçusu üçün il başa çatdı

12:40

Azərbaycan milli komandalarının rəqibləri bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X