Voleybol üzrə qadınlardan ibarət Türkiyə yığmasının Avropa çempionatında qələbə seriyası davam edir.
Fanat.Az xəbər verir ki, "ay-ulduzlular" D qrupu çərçivəsində keçirdikləri son oyunda Niderlandı 3:0 hesabı ilə məğlub edərək qrup liderliyini təmin edib.
"Sultanlar"ın pley-off mərhələsindəki rəqibi də məlum olub. İtaliyalı Covanni Quidettinin çalışdırdığı kollektiv 1/4 finala vəsiqə uğrunda B qrupunun dördüncüsü Çexiya millisi ilə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniyanın ev sahibliyi etdiyi Avropa çempionatına sentyabrın 4-də yekun vurulacaq.
Sahib Əsədbəyli