Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının A qrupu çərçivəsində son matçını keçirəcək.
Fanat.Az xəbər verir ki, Vüqar Əliyevin çalışdırdığı kollektiv Fransa ilə qarşılaşacaq.
Oyun növbəti mərhələ şansı qalmayan komandamız üçün formal xarakter daşıyır. Voleybolçularımız yalnız qrupda sonuncu pillədən qurtulmaq haqqında düşünə bilər.
Qeyd edək ki, millimiz əvvəlki dörd görüşdə müvafiq olaraq Belçika, Bosniya və Herseqovina, Rusiya və Serbiyaya 0:3 hesabı ilə uduzub.
Avropa çempionatı
Qrup mərhələsi
A qrupu, V tur
25 avqust
19:00. Azərbaycan - Fransa
Belqrad, "Stark Arena"