Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatında çıxışını başa vurub.
Fanat.Az xəbər verir ki, Vüqar Əliyevin çalışdırdığı kollektiv A qrupunda son oyununu Fransaya qarşı keçirib.
İlk dörd matçda müvafiq olaraq Belçika, Bosniya və Herseqovina, Rusiya və Serbiyaya "quru" hesabla məğlub olan millimiz fransalılarla görüşdə bir set aktivinə yaza bilib. Yığma ikinci hissəni 28:26 üstün tamamlayıb. Digər üç setdə isə rəqibin 25:19, 25:11 və 25:18 hesablı qələbəsi qeydə alınıb.
Beləliklə, millimiz Avro-2021 ilə xalsız, qrup sonuncusu kimi vidalaşıb.
Qeyd edək ki, Serbiya, Rumıniya, Bolqarıstan və Xorvatiyanın ev sahibliyi etdiyi Avropa çempionatına sentyabrın 4-də yekun vurulacaq.
Avropa çempionatı
Qrup mərhələsi
A qrupu, V tur
25 avqust
19:00. Azərbaycan - Fransa 1:3 (19:25, 28:26, 11:25, 18:25)
Belqrad, "Stark Arena"