Türkiyənin kişi voleybolçulardan ibarət yığma komandası Avropa çempionatında mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, Nedim Özbəyin çalıdırdığı kollektiv Polşanın Qdansk şəhərində baş tutan 1/8 final matçında titulun hazırkı sahibi Serbiya millisi ilə bacarmayıb - 2:3 (18:25, 25:22, 25:22, 23:25, 12:15)
Beləliklə, "ay-ulduzlular" tarixdə ilk dəfə yarışın 1/4 finalına yüksəlmək şansını qaçırıb.
Qeyd edək ki, Polşa, Estoniya, Finlandiya və Çexiyanın ev sahibliyi etdiyi 32-ci qitə çempionatına sentyabrın 19-da yekun vurulacaq.
Sahib Əsədbəyli