"Azərreyl” voleybol klubunun prezidenti Fərid Xəlilov tutduğu postdan ayrılıb.
Fanat.Az xəbər verir ki, 38 yaşlı funksioner yeni vəzifəyə gətirilib. O, növbəti 4 il üçün Azərbaycan Voleybol Federasiyasının baş katibi təyin olunub.
Qeyd edək ki, Fərid Xəlilov 2019-cu ildən “Azərreyl”in prezidenti idi.