
Rusiya millisinin sabiq voleybolçusu Vadim Xamutskix 52 yaşında ölüb.
Fanat.Az xəbər verir ki, veteran oyunçunun ölümünə ürək infarktı səbəb olub.
Əməkdar idman ustası ötən gecə həyatla vidalaşıb.
Xamutskix yığmanın heyətində Sidney-2000 Yay Olimpiya Oyunlarında gümüş, Afina-2004 və Pekin-2008-də isə bürünc medal qazanıb. O, həmçinin Dünya Kuboku, Dünya Liqasının qalibi, dünya çempionatının gümüş mükafatçısı (2002) olub. Sözügedən idmançı Avropa çempionatında 2 dəfə gümüş və 2 dəfə bürünc medallara sahib çıxıb.