Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 11-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, turun ilk matçında çempion titulunu öncədən təmin edən “Abşeron” gümüş mükafatçı “Azərreyl”i sınağa çəkib. Bu dəfə də 3 setdə qalib gələn çempion qarşılaşmanı itkisiz keçib - 3:0 (25:23, 27:25, 25:19).
Digər görüşdə isə "Murov" UNEC-ə eyni hesabla qalib gəlib - 3:0 (25:15, 25:11, 25:18).
Bununla da "Murov" sona 1 tur qalmış bürünc medalı təmin edib.
Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.
Qeyd edək ki, 11 turdan sonra "Abşeron" 33 xalla turnir cədvəlinə başçılıq edir. 17 xalı olan "Azərreyl" 2-ci, 11 xalı olan "Murov" 3-cüdür. UNEC isə 5 xalla sonuncu pillədə qərarlaşıb.