Azərbaycan millisinin voleybolçusu Dmitri Baranovun çıxış etdiyi "Budvo" Monteneqro liqasının qalibi olub.
Fanat.Az xəbər verir ki, komanda final oyununda "Buduçnost"a 3:2 (22:25, 25:15, 25:20, 21:25, 15-6) hesabı ilə qalib gələrək çempionluq tituluna yiyələnib.
Qeyd edək ki, "Budvo" cari mövsüm ölkə kubokunu da qazanıb.