Qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandasının üzvü Olena Xarçenkonun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 25 yaşlı voleybolçu karyerasını Türkiyə Superliqasında davam etdirəcək.
Ötən mövsüm bu ölkədə “Bolu Bələdiyyəspor”un şərəfini qoruyan voleybolçu “Çukurova Bələdiyyəspor”la anlaşıb. Müqavilə bir mövsüm üçün nəzərdə tutulub.
Qeyd edək ki, "Çukurova Bələdiyyəspor" ötən mövsüm 1-ci liqanın final mərhələsində ikinci yeri tutaraq Super Liqaya yüksəlib.