
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması AVRO-2023-ün seçmə mərhələsində vahid lider olub
Fanat.Az xəbər verir ki, D qrupunda yer alan komanda ötən gün səfərdə Gürcüstana "quru hesab"la qalib gələrək ardıcıl ikinci üç xalını qazanıb.
Qrupun digər oyununda isə Avstriya Sloveniyanı qəbul edib. Beş set davam edən görüşdən qonaqlar qələbə və iki xalla ayrılıb.
Beləliklə, Eldar Yusubovun komandasının aktivində 6, sloveniyalıların 5 xalı var.
Qeyd edək ki, millimiz üçüncü turda doğma meydanda Avstriya ilə qarşılaşacaq. Matç avqustun 28-də keçiriləcək.