
Kişi voleybolçulardan ibarət “Murov” klubu bu gün Polşaya yollanıb.
Fanat.Az xəbər verir ki, 2022/23 mövsümündə ölkəmizi Çelenc kubokunda təmsil edəcək Fərid Cəlalovun rəhbərlik etdiyi komanda oktyabrın 12-dək Polşanın Kialnarova şəhərində təlim-məşq toplanışı keçəcək.
Hazırlıq çərçivəsində “Murov”un yerli klublarla bir neçə yoxlama matçı planlaşdırılır.
Qeyd edək ki, “Murov” Çelenc kubokunun 1/32 final mərhələsində Xorvatiya “Kitro Varazdin”i ilə üz-üzə gələcək. Hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 19-dakı qarşılaşmada rəqib, ertəsi gün isə təmsilçimiz meydan sahibi sayılacaq. Hər iki matç saat 18:00-da başlayacaq.