Azərbaycanın qadın atleti Yekaterina Sariyeva Türkiyənin İstanbul şəhərində keçirilən Qış Avropa Çempionatında mübarizəni dayandırıb.
Azərbaycan Atletika Federasiyasından Fanat.Az-a verilən məlumata görə, 28 yaşlı idmançı üçtəkanla tullanma növü üzrə 13.55 m nəticə göstərib.
Sariyeva final mərhələsinə vəsiqə qazana bilməsə də, bu, onun qadınlar arasında Azərbaycan rekordunu yeniləməsi üçün yetərli olub.