Keniyalı idmançı Beatris Çepkoeç 5 kilometrə qaçış üzrə dünya rekorduna imza atıb.
İdmançı bu uğura Monakoda keçirilən yarışda nail olub.
Çepkoeç bu məsafəni 14 dəqiqə 43 saniyəyə qət edib. Qeyd edək ki, bu əvvəlki dünya rekordundan 1 saniyə qısadır. Əvvəlki rekord niderlandlı Sifan Hassana məxsus idi.
Çepkoeçin 29 yaşı var. O, 3 000 metrə maneələrlə qaçış üzrə hazırkı dünya çempionudur. Çepkoeç bu növdə də dünya birincisidir - 8.44,32.//report.az