Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycan idmançıları təsnifat mərhələsindəki çıxışlarını başa vurublar.
Fanat.Az-ın məlumatına görə, Zöhrə Ağamirova lentlə hərəkətlərdə 21,275 xal toplayıb. Ağamirova bu hərəkətdə hazırda 2-ci sıradadır. Digər bədii gimnast Arzu Cəlilova eyni alətlə 17,550 xalla 17-cidir.