Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandası İsveçrənin Nottvil şəhərinə yollanıb.
Fanat.Az xəbər verir ki, idmançılarımız səfərə baş məşqçi, ikiqat paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi altında 6 nəfərlik heyətlə gedib. Səfərin məqsədi 10-17 may tarixlərində keçiriləcək atletika idman növü üzrə Qran-Pri yarışında iştirak etməkdi.
Yarış Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.
Fanat.Az