Polşanın Budqoş şəhərində keçirilən Açıq Avropa Çempionatında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Toğrul Hümbətov yarışın medalçılarından olub.
Fanat.Az xəbər verir ki, T11 kateqoriyasında iştirak edən idmançımız uzunluğa tullanma növündə 5.67 m nəticə göstərib.
Bu nəticə Hümbətova bürünc medal qazandırıb.
Fanat.Az