Yaponiyanın Kitakyuşu şəhərində idman gimnastikası üzrə dünya çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycanı mundialda Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı İvan Tixonov, Samirə Qəhrəmanova və Milana Minakovskaya təmsil edir.
Oktyabrın 24-dək davam edəcək yarışda 12 dəst medal sahibini tapacaq.
Qeyd edək ki, dünya çempionatında 58 ölkədən 312 gimnast iştirak edəcək.
Sahib Əsədbəyli