Noyabrın 18-də Bakıda batut gimnastikası üzrə 35-ci dünya çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq yarışda Azərbaycan bir idmançı - Mixail Malkinlə təmsil olunacaq.
Qeyd edək ki, ilkin qeydiyyat siyahısına əsasən, yarışda 33 ölkədən 300-dək gimnast iştirak edəcək. Dörd gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Həmçinin komanda hesabında qaliblər müəyyənləşəcək.
Sahib Əsədbəyli