Azərbaycan atleti Nazim Babayev Fransada keçirilən beynəlxalq "Meeting De L'Eure" (World Indoor Tour Silver Level) turnirində bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, 24 yaşlı idmançı üçtəkanla tullanma yarışında 16,27 metr nəticə göstərib.
Fransalı Entso Hodebar 16,68 metr göstərici ilə qızıl medala sahib olub. Gümüş medalı isə 16,52 metrə tullanan finlandiyalı Simo Lipsanen əldə edib.
Qeyd edək ki, Nazim Babayev yanvarın sonlarında Almaniyanın Karlsrue şəhərində keçirilmiş "World Indoor Tour" (Gold Level) seriyasından olan turnirində gümüş medal qazanıb.