Ümumdünya Atletikası (World Athletics) Rusiya və Belarus idmançılarının öz bayrağı altında keçirilən bütün yarışlarda iştirakını məhdudlaşdırıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qərar Ukraynaya hərbi müdaxilə ilə əlaqədar qəbul olunub.
Atletlərlə yanaşı, yardımçı heyət və digər rəsmilər də beynəlxalq turnirlərdən kənarlaşdırılıb.
Qərar neytral status daşıyan idmançılara da şamil olunacaq.