Azərbaycan akrobatları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Bakıdakı dünya çempionatında finala vəsiqə qazanıblar.
Fanat.Az xəbər verir ki, duet təsnifat mərhələsində 28,760 xalla 1-ci olub.
Sabir Ağayev və Mehriban Salmanovadan ibarət cütlük isə 26,890 xalla 8-ci yeri tutub və təsnifat mərhələsində mübarizəni dayandırıb.
Ümumilikdə 13 ölkədən 6-sı martın 11-dəki finala adlaya bilib.